Azərbaycan pambıqçıları 4 noyabr tarixində 161416,23 ton məhsul yığdılar

06.11.2017,10:55


6 noyabr, Fineko/abc.az. Azərbaycanda pambıq yığımı mövsümü davam edir.

Dövlət  Statistika Komitəsindən verilən məlumata görə, 4 noyabr tarixi üzrə qəbul məntəqələrinə 161416,23 ton pambıq təqdim edilmişdir.

Komitədə bildirdilər: “Yalnız əvvəlki gün ərzində məntəqələr 2736,71 ton pambıq qəbul edib”.

Məlumatda deyilir ki, ən məhsuldar rayonlar Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonlarıdır.

 

 

Ключевые слова: pambıq