330x110
 

Toxumculuq təsərrüfatlarında monitorinqlər həyata keçirilir

06.09.2018,16:35


6 sentyabr, Fineko/abc.az. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal olunmuş və kondisiyaya çatdırılmış payızlıq dənli-taxıl (buğda və arpa) toxumlarının sertifikatlaşdırılması üçün toxumculuq təsərrüfatlarında monitorinqlər  həyata  keçirilir.

Bu il toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya çatdırılmış , dənli-taxıl (bugda,arpa) bitkilərinin  toxumların dağlıq və dağətəyi, o cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılıb.

Bu məqsədlə avqustun 17-dən başlayaraq Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və yerli qurumların mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət  9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq  təsərrüfatlarında  monitorinq həyata keçirib.

Dövlət Xidmətinin mütəxəssisləri Quba Reğional Toxum Sertifikatlaşdırma Mərkəzinin əhatə etdiyi rayanlarda toxumcu fermerlərin iştirakı ilə (Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran) 38 toxumculuq təsərrüfatlarına toxumun anbarda saxlanılmasına, qablaşdırımasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış keçirib. Kondisiyalı toxumlara baxış zamanı Quba RTSM üzrə 5509 ton ( 38 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından  müvafiq  RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar, həmin Reğional Toxum Sertifikatlaşdırma Mərkəzləri tərəfindən sertifikatlaşdırılacaq. Diğər bölğələrdə monitorinqlər davam etdirilir.