Maliyyə Nazirliyi 25 milyon manat həcmində DQİ yerləşdirilməsi üzrə hərrac keçirəcək

14:47 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. BFB-in məlumatında deyilir ki, hərrac yanvarın 22-də keçiriləcək.

“DQİ buraxılışının həcmi 25 milyon  manat, hər birinin nominal dəyəri 100 manat təşkil edəcək. İstiqrazların tədavül müddəti  364 gündr. Yerləşdirmənin anderrayteri qismində  PASHA Kapital şirkəti çıxış edir”, - məlumatda belə deyilir.

 

Вся лента