Azərbaycan Mərkəzi Bankı 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:48 - 13.02.2019


13 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, fevralın 13-də  AMB 50100773S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 515 571 700.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%) təşkil edib, orta ölçülmüş qiyməti ona bərabər olub. Hərrac nəticəsində  200 milyon manat həcmində qısamüddətli istiqrazların yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 13 mart 2019-cu il.

 

Вся лента