170 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilib

15:49 - 6.11.2019


6 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, 6 noyabr tarixində AMB 50103176S dövlət qeydiyyat nömrəli,  170 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar yerləşdirib.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.00%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 664,086,300.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.00%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.00%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 05.12.2019.

 

Вся лента