330x110
 

Daha 125 ədəd taxılbiçən kombayn alınacaq - Nazir

07.05.2020,16:11


7 may, Fineko/abc.az. Bu il əlavə olaraq, 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində məlumat verib.

Nazir qeyd edib ki, bundan başqa dağətəyi, mailli, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması da planlaşdırılıb: "Taxıl biçininə mayın sonu - iyunun əvvəllərində başlanacaq.  Kombaynlar mobilizə edilib, təmir-sazlama işləri həyata keçirilir. Keçən il olduğu kimi, dislokasiya tədbirləri və kombaynlara quraşdırılan GPS vasitəsilə düzgün planlaşdırma aparmaqla biçinin həyata keçirilməsi nəzərdə tutulur. Biçin zamanı “Aqrolizinq” ASC tərəfindən, ilk növbədə, 50 hektara qədər ərazisi olan kiçik fermerlərə üstünlük veriləcək. Ondan sonra böyük fermerlər bu texnikalardan istifadə edə bilərlər".

Müəllif: Elmir Murad