Fevralın 3-nə olan hava proqnozu elan edilib

02.02.2018,14:56


2 fevral, Fineko/abc.az. Sabah, fevralın 3-də Bakıda və Abşeronda  buludlu, lakin, əsasən yağmursuz hava gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata əsasən, arabir duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət həmçinin yüksək, 65-75% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı bildirilir. Şərq küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Ключевые слова: proqnoz hava