16:52 - 1.06.2022
1 iyun, Fineko/abc.az. Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 20 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb.
Qiymətli kağızlar premium bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 9 investor qiymət intervalı 1000 manat (6%), ümumi məbləği isə 20 milyon manat olan 9 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 1 000 manat (6%) müəyyən olunub.
Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
25 Апрель 2024