Birja üzvlərinin dövriyyələri açıqlanıb - “PAŞA Kapital İnvestisiya Şirkəti” birincidir

15:14 - 2.06.2022


2 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB)  ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.

ABC.AZ xəbər verir ki, 2022-ci ilin yanvar-may ayları üzrə də “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 4 milyard 270 milyon 417 min manat dövriyyə ilə 1-ci, CPM-İnvest İnvestisiya Şirkəti QSC 2 milyard 847 milyon 847 min manat dövriyyə ilə 2-ci, "ABB İnvest İnvestisiya Şirkəti" QSC 1 milyard 781 milyon 994 min manat dövriyyə ilə 3-cü yeri tutub.

 

Вся лента