Fitch: 2023-cü ildə qlobal ərzaq inflyasiyasında kəskin azalma gözlənilir

03.08.2022,16:55


3 avqust, Fineko/abc.az. Beynəlxalq agentlik Fitch Ratings qlobal ərzaq inflyasiyasının 2023-cü ildə kəskin şəkildə aşağı düşəcəyi ehtimalını açıqlayıb.

ABC.AZ xəbər verir ki, agentliyin verdiyi açıqlamada, taxıl qiymətlərinin son həftələrdə kəskin ucuzlaşmasının gələn il ərzaq inflyasiyasında azalma gözləntilərini artırdığı qeyd edilib.

Məlumatda Ukraynanın bu həftə taxıl daşımalarının qlobal tədarükə təxminən 20 milyon ton qatqı təmin edə biləcəyi bildirilib.

Qeyd olunub ki, qlobal sənaye istehsalındakı yavaşlamanın önümüzdəki dövrdə əmtəə qiymətlərində azalma gözləntilərinə uyğun olduğu bildirilsə də, ərzaq qiymətlərində yüksəliş risklərinin müşahidə edildiyi bildirilib.