İlham Əliyev Makrona Laçın dəhlizinə alternativ yolun tikintisi barədə danışıb

05.08.2022,10:36


5 avqust, Fineko/abc.az. Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib. Azərbaycan tərəfi artıq tikintini yekunlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

"İşlər başa çatan kimi, üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları bu yola köçürüləcək", - Azərbaycan prezidenti bildirib.