Ceyhun Bayramov Blinkenim köməkçisi ilə sərhəddəki gərginliyi müzakirə etdi

10:25 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. Sentyabrın 13-ü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

ABC.AZ XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Bütün xəbərlər