Prezident Laçında abtomobil tunelinin tikintisi ilə tanış olub

10:37 - 22.09.2022


22 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yeni inşa olunan tunel barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam edir.

 


Bütün xəbərlər