Şirkətimiz Rusiyadakı avadanlıqlara yalnız servis xidmətini davam etdirir - "Panasonic" rəhbərliyi

14:21 - 23.09.2022


23 sentyabr, Fineko/abc.az. Bir müddət əvvəl saytımızda “Panasonic” şirkətinin yeni adla Rusiyada fəaliyyətini bərpa etdiyi barədə məlumat dərc etmişdik. Yazıda satışların “Eplaza” saytı vasitəsi ilə onlayn olaraq həyata keçirildiyi qeyd edilmişdi.

Sözügedən məsələ ilə bağlı "Panasonic" şirkətinin Rusiya bürosundan ABC.AZ saytına verilən məlumata görə əslində məsələ elə deyil,   şirkət 2022-ci ilin mart ayından indiyə kimi Rusiyaya heç bir mal idxal etməyib.

"Panasonic" şirkəti qanuni öhdəliklərə uyğun olaraq, 2022-ci ilin mart ayına qədər Rusiya ərazisinə gətirilən avadanlıqlara yalnız zəmanət və servis xidmətini davam etdirir. Şirkətimiz Rusiyadakı loyallıq proqramını "Panasonic" ilə əlaqəli olmayan müstəqil şirkətə köçürdü ki, keçmiş müştərilərimiz yığılmış bonuslardan müstəqil şirkətin geniş çeşidindən məhsullar almaq üçün istifadə edə bilsinlər" deyə şirkətdən bildirdilər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər