Avro bölgəsin iqtisadi etimad indeksi aşağı düşüb

14:35 - 29.09.2022


29 sentyabr, Fineko/abc.az. Avro bölgəsində iqtisadi etimad indeksi sentyabrda 93,7-ə düşüb.

ABC.AZ xəbər verir ki, "Bloomberg"-in sorğusuna qatılan iqtisadçıların orta hesablaması görə indeks 95 olub. Bu, 2020-ci ilin noyabr ayından bəri qeydə alınan ən aşağı səviyyədir.

Beləliklə, indeks 7-ci ayda da enişini davam etdirib.

Xidmətlərdən tutmuş sənayeyə qədər bütün kateqoriyalar indeksdə düşüb. Ən böyük azalma mənfi 28,8 ilə İstehlakçı Güvənində müşahidə olunub.

İqtisadi etimadın pisləşməsinə baxmayaraq, 2020-ci ilin aprel ayının minimumlarının üstündə qalıb.

 

Bütün xəbərlər