Neft Fondu bir ayda bu qədər dollar satıb

04.10.2022,15:55


4 oktyabr, Fineko/abc.az. Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin sentyabr ayı ərzində 465,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ABC.AZ-a Fonddan bildirilib.

Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin avqust ayı ərzində 440,5 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

Beləliklə, avqust ayı ilə müqayisədə sentyabrda Fondun valyuta satışı 24,8 milyon dollar və ya 5,6% dəfə artıb.

Həmçinin, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları, fevral ayı ərzində 371,2 milyon ABŞ dolları, mart ayı ərzində 526,2 milyon ABŞ dolları, aprel ayı ərzində isə 548,7 milyon ABŞ dolları, may ayı ərzində 288 milyon ABŞ dolları, iyun ayı ərzində 278,1 milyon ABŞ dolları, iyul ayı ərzində 212,3 milyon ABŞ dolları məbləğində valyuta satılıb.