Azərbaycanda sahibkarların 20 faizini qadınlar təşkil edir

14:20 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. Azərbaycan sahibkarları arasında qadınlar təxminən 20 faiz təşkil edirlər. Amma Azərbaycan Sahibkarlar Assosiasiyası yarananda bu say dəfələrlə az olub.

Bu sahəni inkişaf etdirmək üçün əsas yük qadınların çiyninə düşür, amma bir şərtlə ki, kişilərlə bir yolda çiyin-çiyinə getsinlər”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat qadınların iqtisadi hüquqlarının artmasını arzuladığını deyib:

“Bəlkə də, orta məktəbdən sahibkarlıq təşəbbüslərini onlara çatdırmalıyıq. Düşünürəm ki, maarifləndirmə işlərini daha da artırmalıyıq. Biz, qadın sahibkarlığa dəstək verəcək layihələr varsa, onları qanunvericiliyə sizinlə birlikdə gətirməyə hazırıq. Bu günlərdə Əmək Məcəlləsində vacib dəyişiklik etdik”.

Bütün xəbərlər