Azad olunmuş 3 rayon istiqamətində biletlər bu tarixdə satışa çıxarılacaq

11:10 - 24.11.2022


24 noyabr, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər 25 noyabr 2022-ci il saat 16:00-da satışa çıxarılacaq.

ABC.AZ-ın məlumatına görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər.

Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.

 

Bütün xəbərlər