Google daha bir yenilənməni sınaqdan keçirir

14:38 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. “Google” növbəti yeniləməni sınaqdan keçirir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “SearchLab” tərəfindən paylaşılıb.

Qeyd edilib ki, ilk olaraq ABŞ-da istifadəyə veriləcək yeniləmə istifadəçilərə “Google” Axtarışdan çıxmadan yaxınlıqda satılan avtomobilləri görməyə imkan verəcək.

“Google”da biznes profili olan dilerlər Avtomobil İdentifikasiya Nömrəsi olan bütün avtomobilləri bu siyahıya əlavə edə biləcəklər.