Azərbaycanın maliyyə sektorunun aktivləri 17 faiz artıb

12:37 - 17.03.2023


17 mart, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 46%-i, qeyri-neft-qaz ÜDM-nin isə 88%-i qədər – 61,6 milyard manat təşkil edib.

ABC.AZ hökumətin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,1 % çoxdur.

Hesabat tarixinə sektorun aktivlərinin 76,4%-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 73,1% olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 24,2%-dən 20,8%-ə düşüb, sığorta şirkətlərinin payı 2,5%-dən 2,6%-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0,2% qalıb.

Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir.

Bütün xəbərlər