16:02 - 30.05.2023
30 may, Fineko/abc.az. "Azərbaycan uzun illərdir ki, İsrail üçün etibarlı xam neft tədarükçüsü olmaqda davam edir”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İsrail Prezidenti İsxaq Hersoq ilə görüşdən sonra deyib.
"Bu, enerji sektorunda sıx əməkdaşlığı nümayiş etdirir. Bu gün biz enerji sektorunda əməkdaşlığı necə genişləndirə biləcəyimizi müzakirə etdik, çünki investisiya və interkonnektorların yaradılması layihələrində böyük imkanlar görürük", - dövlət başçısı bildirib.
Prezident görüş zamanı suvarma və kənd təsərrüfatı sahəsində planların da müzakirə edildiyini nəzərə çatdırıb: “Biz İsrailin bu sahədə böyük nailiyyətlər əldə etdiyini bilirik və bu müsbət təcrübədən kənd təsərrüfatımızın məhsuldarlığını artırmaq, ixrac bazarlarımızı şaxələndirmək üçün istifadə etmək istəyirik".
Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın digər istiqaməti kibertəhlükəsizlik sahəsidir. "Bu sahədə əməkdaşlıqla bağlı fəal müzakirələrin başladığına çox şadıq. Bu gün kibertəhlükəsizlik hər bir ölkənin təhlükəsizliyinin mühüm tərkib hissəsidir", - dövlət başçısı deyib və Azərbaycanın bu sahədə İsrail təcrübəsindən yararlanmağa hazır olduğunu əlavə edib.
İqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları Azərbaycanda 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən 17,1 % artıb.
22 Sentyabr 2023
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən Azərbaycana gələnlərin sayı 1.6 dəfə artaraq 549.4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37.8 faiz artaraq 67.6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10.2 faiz azalaraq 228.4 min nəfər olub.
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
21 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023
22 Sentyabr 2023