Ərdoğan bu tarixdə Azərbaycana gəlir

15:46 - 9.06.2023


9 iyun, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına edəcək. Ondan bir gün sonra isə Azərbaycana gələcək.

Qeyd edək ki, bu, Türkiyədə bir dövlət ənənəsidir.

Xatırladaq ki, bu il mayın 28-də Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.

 

Bütün xəbərlər