Azərbaycan Prezidenti Braziliyanın xarici işlər naziri ilə görüşdü

14:21 - 15.11.2017


15 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının xarici işlər naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı, ölkələr arasında siyasi münasibətlərin səviyyəsinin yüksək olduğunu və davamlı əməkdaşlığın inkişafının zəruriliyini qeyd etdi. Prezident, qarşılıqlı iqtisadi əməkdaşlığın əhəmiyyətini, lakin iki ölkə arasında  ticarət dövriyyəsinin hələ də aşağı səviyyədə olduğunu qeyd etdi və işgüzar dairələrin birgə fəaliyyəti hesabına daha da yaxşı nəticələrə nail olmağın mümkünlüyünü vurğuladı.

Tərəflər arasında iqtisadi, sərmayə qoyuluşu, biznes, turizm, təhsil, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı.

 

Bütün xəbərlər