330x110
 

Türkmənistanda ilk Xəzər İqtisadi Forumu keçiriləcək

17.12.2018,13:18


17 dekabr, Fineko/abc.az. Türkmənistan ilk Xəzər İqtisadi Forumunun keçirilməsinə hazırlaşır.

Türkmənistan “Türkmənistan bu gün” Dövlət İnformasiya Agentliyinin xəbərinə görə, dövlət başçısının qərarına əsasən forumun hazırlanması üçün təşkilat komitəsi yaradılmışdır.

“Forum 2019-cu ilin avqustun 12-də Xəzər Dənizi Günü ənənəvi olaraq qeyd edildiyi “Avaza” milli turizm zonasında keçiriləcək”, - agentlikdən belə xəbər verilir.

İlk Xəzər İqtisadi Forumunun hazırlanmasını təmin etmək üçün Xarici İşlər Nazirliyində koordinasiya mərkəzinin yaradılması  planlaşdırırıq. Baxılması üçün forumun inkişaf konsepsiyasının layihəsi Türkmənistan liderinə təqdim edildi.