Azərbaycanın tanınmış şirkətinin nizamnamə kapitalı azaldılır

09:40 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az.  Azərbaycanda tanınmış şirkətlərdən birinin nizamnamə kapitalı azaldılır.

ABC.AZ xəbər verir ki, bu barədə “Vergilər qəzetinin elanında qeyd olunub.

Elanda bildirilir ki, “ŞAHDAĞ” Müstəqil Kiçik Müəssisəsi təsisçilərinin ikisinin təsisçilikdən çıxması ilə əlaqədar, müəssisənin nizamnamə kapitalı hər müəssisəni tərk edən təsisçiyə görə 5 (beş) manat olmaqla ümumilikdə 10 (on) manat dəyərində azaldılacaq. Müəssisədə qalan digər təsisçinin nizamnamə kapitalı kimi ümumilikdə müəssisənin nizamnamə kapitalı 10 (on) manat təyin ediləcək. “ŞAHDAĞ” Müstəqil Kiçik Müəssisəsi kreditorları bir ay ərzində müəssisəyə müraciət edə bilər.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər