Biznes nümayəndələrinin layihələrdə iştirakına geniş imkanlar yaradılır - Vüsal Şıxəliyev

15:51 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. Biznes nümayəndələrinin həm qanunvericilik, həm də inzibatçılıq üzrə təkmilləşmə layihələrinin hazırlanmasında yaxından iştirak etmələri həm onların təkliflərinin vaxtında nəzərə alınmasına, həm qeyd olunan layihələrin qəbuluna qabaqcadan hazırlıqların görülməsinə geniş imkanlar yaradır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının Bakıda keçirdiyi "Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma" mövzundakı tədbirdə Azərbaycan Respublikası Biznes  Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şixəliyev  deyib.

O qeyd edib ki, bu məqsədlə rəhbərlik etdiyi Komissiya daxilində investisiya mühitinin təkmilləşdirilməsində maraqlı olan bütün tərəflərin rahatlıqla istifadə edə biləcəyi elektron kommunikasiya sistemi yaradılıb. "Bu sistemin biznes islahatlarının hazırlanması, əlaqələndirilməsi və həyata keçirilməsi prosesinin institusionallaşdırılması və rəqəmsallaşdırılması, biznes islahatlarının hazırlanması və kommumikasiya prosesinə biznes nümayəndələri, beynəlxalq və yerli ekspertlər dövlət-biznes dialoqu platforması çərçivəsində daimi və bərabərhüquqlu üzvlər kimi cəlb olunmasının bir sıra üstünlükləri var" deyə V. Şıxəliyev bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər