Azərbaycanda elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır – Vüsal Qasımlı

26.11.2019,12:07


26 noyabr, Fineko/abc.az. Dünyada elektron ticarətin həcmi 2018-ci ildə 3,53 trilyon dollar olub və bu göstərici 2022-ci ildə 6,54 trilyon dollara çatacaq.

ABC.AZ xəbər verir ki, bunu Bakıda "World E-Commerce Eurasia 2019 Baku Forum"-unda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib.

 Onun sözlərinə görə, Azərbaycanda elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir. Halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15 faizə çatır: "İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən, təqribən 7 faiz ola bilər. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın monitorinq və qiymətləndirilməsini aparır. Proqramda elektron ticarət rəqəmsal ekosisetmin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur".

 

Müəllif: Elmir Murad