Sahibkarlar icarə haqqı ödəməyəcək - Dövlət onlara güzəşt edəcək

10:38 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Azərbaycanda dövlətə məxsus əmlakların icarəsində biznesə güzəşt ediləcək.

ABC.AZ xəbər verir ki, bu koronaviusun Azərbaycan iqtisadiyyatı və biznesinə mənfi təsirini aradan qaldırmaq, iqtisadiyyata və biznesə dəstək üçün Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Tədbirlər Planınında öz əksini tapıb.

Belə ki, dövlət əmlakını icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən (o cümlədən kiçik və orta sahibkarlardan) 2020-ci ilin sonunadək icarə haqqı tutulmayacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər