Taxılın daha çox əkildiyi bölgələr - Siyahı

15:23 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Bu günə qədər ölkə üzrə taxıl sahələrinin 31%-də biçin başa çatıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə xəbəri Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Bildirilib ki, biçilmiş 4 260 hektar sahədən 966 466 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30,8 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,2 sent/ha, buğda üzrə orta məhsuldarlıq 32,9 sent/ha təşkil edir.

Artıq ölkə üzrə 369 904 hektar arpa sahəsinin 241 721 hektarında biçin başa çatıb. Sahələrdən bu günə qədər 730 794 ton arpa yığılıb. Ağdam (36,4 sent/ha), Beyləqan (30,5 sent/ha), Bərdə (39,8 sent/ha), Biləsuvar (32,3 sent/ha), Füzuli (31,3 sent/ha), İmişli (38,4 sent/ha), Neftçala (27,8 sent/ha), Saatlı (36,4 sent/ha), Sabirabad (37,9 sent/ha), Yevlax (28,6 sent/ha) rayonlarında arpa biçini tam başa çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər