Bu şirkət 27 922 unsiya qızıl hasil edib – 6 ayın nəticəsi

12:08 - 17.07.2020


17 iyul, Fineko/abc.az. Qızıl-mədən şirkəti "Anglo Asian Mining Plc" 2020-ci ilin 6 ayında hasil etdiyi qızılın həcmini açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, "Anglo Asian Mining Plc" bu ilin birinci yarısında 27 922 unsiya qızıl hasil edib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% azdır.

Buna baxmayaraq şirkət bu ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən mis üzrə  istehsalı 25,3% artıraraq 1 207 tona çatdıra bilib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər