Binəli Yıldırım Azərbaycaba gəlib

11:38 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Türkiyənin sabiq Baş naziri Binali Yıldırım Azərbaycana gəlib.

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binali Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak ediblər.

 

Bütün xəbərlər