Dünya Bankı Azərbaycana 400 milyon dollar ayıracaq – Yeni layihə

12:22 - 7.12.2020


7 dekabr, Fineko/abc.az. Azərbaycan və Dünya Bankı ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn yeni layihə hazırlayır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Bankdan verilən məlumata görə, ümumi dəyəri 800 mln. ABŞ dolları həcmində qiymətləndirilən layihənin 400 mln. dolları Dünya Bankı tərəfindən ayrılacağı nəzərdə tutulub.

"Kreditin son həcmi bir çox amillərdən asılı olacaq və yalnız layihə hazırlandıqdan sonra məlum olacaq. Tərəflər arasında razılıq əldə olunarsa, layihə Bakı-Şimal Sərhəd dəmiryol xəttinin modernizasiyasına yönəldiləcək", - deyə bankdan bildirilib.

 

Bütün xəbərlər