Azad olunmuş ərazilərdə müasir infrastruktur layihələrinin icrasını planlaşdırırıq - Prezident

15:20 - 10.03.2021


10 mart, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı görüşdə bir sıra məqamlara toxunub. Prezident qeyd edib ki, bilirəm ki, kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var.

"Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görüləcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz” deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər