330x110
 

İlham Əliyev və Vladimir Putin Qarabağdakı vəziyyəti müzakirə edib

01.04.2021,14:47


1 aprel, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

ABC.AZ-ın məlumatına görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya dövlət başçıları Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

Vəziyyətin ümumiyyətlə sabit olması və atəşkəsə ciddi şəkildə əməl edilməsi məmnuniyyətlə vurğulanıb.