330x110
 

Ən çox qadın sahibkar Bakıdadır

20.04.2021,16:51


20 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi aprelin 1-ə olan məlumata görə, fərdi sahibkarların sayı artaraq 1 milyonu ötüb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, sözügedən dövrdə bu fərdi sahibkarların 78,7 faizini kişilər, 21,3 faizini isə qadınlar təşkil edib.

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 31 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 23,8 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,8 faizini təşkil edir.

Sahibkar qadınların 30,7 faizi Bakıda, 17,9 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,4 faiz), Gəncə-Qazax (24,9 faiz), Naxçıvan Muxtar Respublikası (22,5 faiz) və Lənkəran (21,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.