Naxçıvanda daha bir neçə karqo şirkətinə lisenziya verildi

11:05 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Naxçıvanda “Aras Karqo”, “Nurlu Karqo” və “Etibarlı Karqo” Məhdud Məsuliyyətli cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti altnövünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.

ABC.AZ-ın məlumatına görə, bundan əvvəl də Naxçıvanda bir neçə şirkətə lisenziya verilmişdi.

Belə ki, “Sürət Karqo” və “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli cəmiyyətləri də fəaliyyətlərini xüsusi lisenziya ilə həyata keçirir. 

 

Bütün xəbərlər