330x110
 

Azərbaycanda Kosmik Agentlik yaradılır – Fərman

27.04.2021,12:00


27 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, sənəddə deyilir ki, Azərbaycanda kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə yeni agentlik yaradılır.