330x110
 

Trendyol-dan TuranBank kartları ilə alış-verişlərə 5%-dək cashback hədiyyə!

30.04.2021,12:01


30 aprel, Fineko/abc.az. Müştəri məmnuniyyətini hər zaman üstün tutan TuranBank yeni cashback kampaniyasına başlayır.

 

TuranBank kartları ilə Trendyol onlayn ticarət platformasından alış-veriş etmək indi daha sərfəlidir. Belə ki, 1-31 may tarixində TuranBank kartları ilə Trendyol-dan edilmiş hər alış-veriş sizə cashback qazandıracaq. Kampaniya bütün növ kart (debet, kredit, depozit) ödənişlərinə şamil olunur. Kampaniyanın şərtlərinə əsasən TuranBank kartları ilə həyata keçirilən ödənişlər zamanı ödənilən vəsaitin 5%-dək hissəsi kart sahibinin hesabına geri qaytarılacaq. Məlumat üçün qeyd edək ki, cashback 500 AZN-dək məbləğə şamil olunacaq. Kampaniya haqqında daha ətraflı https://bit.ly/3aKdgE8 linkə keçidlə tanış ola bilərsiniz.

 

Müştəri məmnuniyyətini hər zaman üstün tutan Bank il ərzində planlaşdırılan müxtəlif kampaniyaları ilə müştərilərinə hədiyyələr qazandırmağa davam edəcək.

 

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 17 xidmət məntəqəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.

 

Bankın təqdim etdiyi kampaniyalar və xidmətlərlə bağlı ətraflı məlumatı (012 935) qaynar xəttimizə zəng edərək, həmçinin TuranBank-ın rəsmi internet saytını https://bit.ly/2QRt5C5 və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...

Açar sözlər: TuranBank