330x110
 

Ombudsman 44 günlük müharibə və onun xronologiyası barədə hesabat yaydı

06.05.2021,11:02


6 may, Fineko/abc.az. Azərbaycan torpaqlarının beynəlxalq hüquqa zidd olaraq 30 il işğal altında saxlanılması və öz evlərindən qovulan azərbaycanlıların həmin illər ərzində aparılan sülh danışıqlarına baxmayaraq geri qayıtmalarına imkan verilməməsi birbaşa olaraq anti-Azərbaycan siyasətinin nəticəsidir.

ABC.AZ-ın məlumatına görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, işğalçı qüvvələr tərəfindən Azərbaycanın dövlət rəmzlərinin və tarixi abidələrinin, o cümlədən azərbaycanlıların mənəvi dəyərlərinin alçaldılması bunu sübut edir.

"2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması və Azərbaycana qarşı yeni torpaq iddialarına son qoymaq məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən əkshücum hərbi əməliyyatları başladılıb. 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altında olan ərazilərini azad edərək öz ərazi bütövlüyünü təmin edib", - hesabatda qeyd edilib.