330x110
 

Türkiyədəki Azəraycan şirkətinin qazancı 5 milyard lirəyə çatıb - 3 ayda

07.05.2021,14:31


7 may, Fineko/abc.az. 2021-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” qlobal miqyasda ümumi təklifin azaldığı pandemiya dövründə fasiləsiz istehsalı davam etdirərək istehsal aktivliyini artırıb və bununla da “Petkim”in istehsal gücü 92 %-ə çatıb.

Bu barədə ABC.AZ-a qurumdan məlumat verilib.

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” pandemiyanın mənfi təsirlərinə baxmayaraq 2021-ci ilin ilk rübündə də maliyyə göstəricilərini yüksəltməyə nail olub.

Qlobal istehsalda və dünya tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq, istehsal prosesinə fasiləsiz davam edən “Petkim” Türkiyə daxili bazarını ehtiyac duyduğu məhsullarla təchiz edib.

İlk üç ayda ümumi gəliri 5 milyard lirəyə çatan şirkətin satışlarında daxili bazarın payı 66 % olub.