İlham Əliyev Qazaxıstan Prezİdenti ilə danışıb – Detallar

11:22 - 17.05.2021


17 may, Fineko/abc.az. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

ABC.AZ xəbər verir ki, Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə Prezidentlik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib.

 

Bütün xəbərlər