Gürcüstandan Azərbaycana pul köçürmələri artıb ya azalıb?

12:02 - 17.05.2021


17 may, Fineko/abc.az. Bu ilin aprel ayında Azərbaycandan Gürcüstana pul köçürmələri illik müqayisədə 3,8 dəfə artaraq 9,1 milyon ABŞ dollarına bərabər olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Yanvar-aprel aylarında isə Azərbaycandan qonşu ölkəyə 27,7 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni göstəricisindən 3,2 dəfə çoxdur.

Ötən ay Gürcüstandan Azərbaycana 1,7 milyon ABŞ dolları, ilk dörd ayda isə 5,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

 

Bütün xəbərlər