Azərbaycan böyük quruculuq işlərinin astanasındadır – İlham Əliyev

14:00 - 27.05.2021


27 may, Fineko/abc.az. Prezident İlham Əliyev Türkiyə milli təhsil naziri Ziya Selçukla görüşüb.

ABC.AZ-ın məlumatına görə, görüş zamanı dövlət başçısı bir sıra məqamlara toxunub.

İ.Əliyev qeyd edib ki, şadam ki, peşə təhsili ilə bağlı işlər davam edir.

"Buna çox böyük ehtiyac var. Xüsusilə, Azərbaycan, dediyim kimi, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik” deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər