Bakıda və Abşeronda yarmarkalar olacaq - Ünvanların siyahısı

10:37 - 18.06.2021


18 iyun, Fineko/abc.az. 19-20 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda təşkil olunacaq.

Yarmarkalarda satışa çıxarılacaq kənd təsərrüfatı və qida məhsulları müxtəlif regionlarda fəaliyyət göstərən yerli fermerlər tərəfindən istehsal olunur və yarmarkalarda da həmin fermerlərin özləri tərəfindən satışa çıxarılır.

Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. “Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

 

Bütün xəbərlər