Ötən ay biznes kreditləri azalıb, istehlak kreditləri artıb

16:25 - 24.06.2021


24 iyun, Fineko/abc.az. May ayında Azərbaycanda biznes kreditləri azalıb, istehlak kreditləri artıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın yaydığı hesabatda qeyd olunub.

Belə ki, 2021-ci ilin aprel ayı ilə müqayisədə may ayında istehlak kreditləri 69,5 milyon manat artaraq 3 milyard 847.3 milyon manata, ipoteka kreditləri 16,7 milyon manat artaraq 2 milyard 162.7 milyon manata yüksəlib, biznes kreditləri isə 6,6 milyon manat azalaraq 8 milyard 681.4 milyon manata düşüb.

May ayında bank sektorunun cəmi kredit portfeli 79,6 milyon manata artaraq 14 milyard 691,4 milyon manata yüksəlib.

Bankların kredit portfelindəki artım istehlak və ipoteka kreditlərinin artmasından qaynaqlanıb.

 

Bütün xəbərlər