KAMAZ Azərbaycanda yük maşınlarını lizinqə satışı üçün birgə müəssisə yaradır

14:25 - 23.07.2021


23 iyul, Fineko/abc.az. Bugün “KAMAZ” PSC və “Gəncə Avtomobil Zavodu” İB Bakıda “KAMAZ” yük avtomobillərinin və qoşqu texkikasının Azərbaycan istehlkakçılarına lizinqə verilməsi məqsədilə təklif etmək üçün birgə müəssisənin (lizinq şirkəti) təşkilinə dair Memorandum imzalayıblar.

Bu barədə ABC.AZ İnterfaks-Azərbaycan-a istinadən xəbər verir.

Sənədi “KAMAZ” PSC-nin baş direktoru Sergey Koqoqin və “Gəncə Avtomobil Zavodu” İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev imzalayıblar.

 

Bütün xəbərlər