330x110
 

Azərbaycanda istehlak kreditləri artıb - Hesabat

23.07.2021,16:33


23 iyul, Fineko/abc.az. İyun ayında Azərbaycanda istehlak kreditlərinin artması sürətlənib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki,  2021-ci ilin May ayı ilə müqayisədə İyun ayında bank sektorunda istehlak kreditləri 92,6 milyon manat artaraq 3 milyard 939.9 milyon manata, biznes kreditləri 48 milyon manat artaraq 8 milyard 729.4 milyon manata, ipoteka kreditləri isə 24,9 milyon manat artaraq 2 milyard 187.6 milyon manata çatıb. 

İyun ayında bank sektorunun cəmi kredit portfeli 165,.5 milyon manata artaraq 14 milyard 856.9 milyon manata yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin Aprel ayı ilə müqayisədə May ayında istehlak kreditləri 69,5 milyon manat, ipoteka kreditləri 16,7 milyon manat artmış, biznes kreditləri isə 6,6 milyon manat azalmışdı. May ayında bank sektorunun cəmi kredit portfeli 79,6 milyon manat artmışdı.