"Google"un əsas şirkəti böyük gəlir əldə edib

11:06 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Google-ın ana şirkəti Alphabet 2021-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Alphabetin ilin ikinci rübündə əldə etdiyi gəliri 61,9 milyard dollara yüksəlib.

Müqayisə üçün qeyd edək ki, bu keçən ilin eyni dövrünə nisbətdə 62% artıb.

Qeyd edək ki, proqnozların üzərində gəlir əldə edən şirkət, 2020-ci ilin eyni dövründə 38,3 milyard dollar gəlir açıqlamışdı.

 

Bütün xəbərlər