330x110
 

“Apple” şirkətinin gəlirləri kəskin artıb

28.07.2021,12:04


28 iyul, Fineko/abc.az. Amerikanın “Apple” şirkəti rüblük gəlirlərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, adıçəkilən şirkətin gəlirləri keçən ilə nisbətən 36% artıb.

Qeyd edək ki, 26 iyun tarixində başa çatan üç aylıq hesabat dövründə şirkətin gəliri 81.4 milyard dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin eyni dövründə bu göstərici 59.6 milyard dollar olmuşdu. Keçən rübün nəticələrinə görə, “Apple”ın xalis mənfəəti 21.7 milyard dollar təşkil edib.