Azərbaycanın valyuta ehtiyatları bu qədər artıb

14:43 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 50 milyard 560,2 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bunun 87,2%-i və yaxud 44 milyard 104,9 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8%-i və yaxud 6 milyard 455,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 442,7 milyon dollar və yaxud 2,9% artıb.

Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 343,6 milyon dollar və yaxud 3,15%, Mərkəzi Bankın valyuta ehtiyatlarında isə 99,1 milyon dollar və yaxud 1,6% artım olub.

 

Bütün xəbərlər